Məşhur "Əl-Cəzirə" telekanalı "Qarabağ"a müraciət etdi

Qətərin dünyaca məşhur "Əl-Cəzirə" telekanalı "Qarabağ" klubu haqda reportaj hazırlamaq məqsədilə komandaya müraciət edib.Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin katibi Nurlan İbrahimov məlumat verib.Klub rəsmisinin sözlərinə görə, Ağdam təmsilçisinin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması qətərlilərdə maraq oyadıb və bu məqsədlə "Əl-Cəzirə" telekanalı "Qarabağ" haqda reportaj hazırlamağı planlaşdırır.Telekanalın Avropa Liqasının qrup mərhələsinin "Sent-Etyen"lə ilk oyununa qədər Bakıya gələrək komanda haqda reportaj hazırlayacağı gözləyir. Qeyd edək ki, "Qarabağ" - "Sent Etyen" oyunu sentyabrın 18-də, saat 21:00-da başlayacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























