• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Çempionumuz: "Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm"

Dünya Çempionumuz: "Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm"
10.09.2014 11:05
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçirilir. ANN.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, çempionatın ikinci günündə qızıl medal qazanan Hacı Əliyev (61 kq) qələbə sevincini və keçirdiyi görüşlər barədə fikirlərini bildirib: "Dünya çempionu olduğum üçün çox sevincliyəm. Bu çempionluğu bütün xalqımıza, bütün güləş həvəskarlarına həsr edirəm. Çempion olmağımda təbii ki, keçdiyimiz təlim-məşq toplanışlarının xüsusi rolu oldu. Çünki yüksək səviyyədə hazırlıq prosesi keçmişdik. Finala qədər 4 görüş keçirdim. Ukrayna və Kuba idmançıları görüşüm çox gərgin oldu. İlk hissədə çox yoruldum. Fasilədə məşqçilərin tövsiyyələrini diqqətlə dinlədim və bu məni qələbəyə bir daha ruhlandırdı. İran idmançısı üzərində qələbəni səbirsizliklə gözləyirdim. Buna qədər iranlı güləşçi ilə iki dəfə qarşılaşmışdıq. Birində o, birində isə mən qələbə qazanmışdım. Final görüşünün sonunda əlimi yuxarı qaldırmaqla İran güləşçisinə jest edərək ondan daha üstün olduğumu bildirmək istədim. Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm. Bu il, Finlandiyada keçirilən Avropa çempionatında qazandığım qızıl medalın təsadüfi olmadığını sübut edə bildiyim üçün şadam. Qarşıda bizi Bakıda keçiriləcək I Avropa Oyunları gözləyir. Orda da mütləq qalib gəlmək, ondan sonra isə Olimpiya Oyunları haqqında düşünmək lazımdır".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol