Almaniya "Avro-2020"dən imtina etdi

Almaniya "Avro-2020"nin final və yarımfinal matçlarına ev sahibliyi etməkdən imtina edib, bu səbəbdən namizədliyini geri götürüb.Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Almaniya Futbol Federasiyasının baş katibi Helmut Sandrok "Sportbild" dərgisinə müsahibəsində deyib.O bildirib ki, “Avro-2024"ün Almaniyada təşkil olunması üçün belə bir addım atıblar.Beləliklə, "Avro-2020"nin yarımfinal və final matçılarını qəbul etməyə əsas namizədlərdən biri İngiltərə olub.
H.Sandrukun sözlərinə görə, İngiltərə də "Avro-2024"də namizədliyini irəli sürməyəcək və Almaniyaya dəstək verəcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























