• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: "Şanslar bərabərdir"

Qurban Qurbanov: "Şanslar bərabərdir"
28.08.2014 15:43

"Yenidən burada olduğumuz üçün şadam. "Tvente" möhtəşəm stadiona və rəqibə hörmətlə yanaşan fanatik azarkeşlərə sahib bir komandadır. Ot örtüyünün də vəziyyəti yaxşıdır. Burada ilk oyundan fərqli qarşılaşma olacaq və azarkeşlər darıxmayacaq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə cavab qarşılaşmasından öncə keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov qrup mərhələsinə düşmək şanslarının 50-nin 50-yə olduğunu bildirib: "Müdafiə futbolu oynayacağımızı söyləyə bilmərəm. Bu, matçın gedişidən asılı olacaq. Tvente yaxşı, intizamlı və təşkilatlanmış komandadır. Xüsusilə, müdafiədə inamlı təsir bağışlayırlar. Digər tərəfdən rəqib öz meydanında oynadığı üçün üstünlüyə malikdir. Ancaq intizamlı oynasaq və səhvlər etməsək, bizim də yaxşı nəticə qazanmaq imkanımız var. Şansları 50-nin 50-yə görürəm".

Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmamışdı - 0:0. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol