"Neftçi"nin biletləri səhər-səhər "qara bazar"da

Bu gün "Neftçi"nin Serbiya klubu "Partizan"la oyununa biletlər səhər tezdən "qara bazar"a çıxarılıb.Axar.az-ın əməkdaşı Tofiq Bəhramov adına respublika stadionunun qarşısında olub, kassaların bağlı olduğunu görüb, dəllallar isə artıq biletləri ikiqat baha qiymətə satmağa başlayıblar.Müxbirimizə deyilib ki, ön cərgədə olan yaxşı yerlərin qiyməti 4 manatdır. Halbuki kassadan bu bileti 2 manata əldə etmək olar.Qəribədir ki, hər belə oyun qabağı biletlər kassalarda qəhətə çıxıb "qara bazar"da peyda olur. Necə olur ki, səhər saatlarında kassalar açılmır, amma biletlər artıq "qara bazar"da tapılır.
Qeyd edək ki, bu gün saat 21:00-da "Neftçi" Avroliqa oyunlarının pley-off mərhələsində "Partizan"la münasibətlərinə aydınlıq gətirəcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























