Qurban Qurbanov: "Azarkeşlər darıxmayacaqlar"

"Yenidən burada olduğumuz üçün şadam. "Tvente" möhtəşəm stadiona və rəqibə hörmətlə yanaşan fanatik azarkeşlərə sahib bir komandadır. Ot örtüyünün də vəziyyəti yaxşıdır. Burada ilk oyundan fərqli qarşılaşma olacaq və azarkeşlər darıxmayacaqlar".Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə cavab qarşılaşmasından öncə keçirilən mətbuat konfransında deyib.Q.Qurbanov qrup mərhələsinə düşmək şanslarının 50-nin 50-yə olduğunu bildirib: "Müdafiə futbolu oynayacağımızı söyləyə bilmərəm. Bu, matçın gedişidən asılı olacaq. "Tvente" yaxşı, intizamlı və təşkilatlanmış komandadır. Xüsusilə müdafiədə inamlı təsir bağışlayırlar. Digər tərəfdən rəqib öz meydanında oynadığı üçün üstünlüyə malikdir. Ancaq intizamlı oynasaq və səhvlər etməsək, bizim də yaxşı nəticə qazanmaq imkanımız var. Şansları 50-nin 50-yə görürəm".Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmamışdı - 0:0.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























