"Neftçi" UEFA-ya müraciət etdi

"Neftçi"-"Partizan" oyununun keçiriləcəyi stadionun yeri dəyişdirilə bilər"Neftçi" Avroliqanın oyunu ilə bağlı UEFA-ya müraciət edib. ANS PRESS-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Neftçi" - "Partizan" oyununa bilet satışı bizdən asılı olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb. Qarşılaşmanın Respublika stadionunda deyil, Bakcell arenada keçirilməsi üçün UEFA-ya müraciət ünvanlanıb. Daha öncədən bilet almış azarkeşlərə nə etməli olduqları haqda məlumat UEFA-nın cavabından sonra veriləcək.
Qeyd edək ki, T. Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü "Qarabağ" - "Tvente" oyunundan sonra daha bərbad hala düşüb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























