• $
  • €
  • ₽
  • ₺
  • £

Bizimkilər Avropa sınağından keçə bilmədilər - VİDEO

Bizimkilər Avropa sınağından keçə bilmədilər - VİDEO
22.08.2014 09:10
Ötən gecə Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində birinci matçına Bakıda çıxıb. Çempionlar Liqasında uğursuzluq yaşayan və mübarizəni daha zəif turnirdə davam etdirən Ağdam təmsilçisi Hollandiya “Tvente”si ilə qarşılaşıb. Tarixində 4-cü dəfə Avropa Liqasının pley-offunda oynayan Qurban Qurbanovun yetirmələri tilsimi qırmağa çalışsalar da, qrup mərhələsinə yüksələcək komandanın adına 1 həftə sonra səfərdə aydınlıq gələcək. Belə ki, bu mərhələdə qələbə qazanmayan “Qarabağ” yenə rəqibini məğlub edə bilməyib. Komandamızın bir qədər zəif çıxışına isə oyun qurucumuz Çumbinyonun zədə səbəbindən oyunu buraxması olub. Bundan əlavə, əsasən gənclərə bel bağlayan Qurbanov onlardan istədiyini ala bilməyib. Bakıda yenə qolsuz bərabərlik qeydə alınıb.Tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamağa yaxın olan “Neftçi” bu gün təsnifat mərhələsində son səfər oyununu keçirib.Azərbaycan kubokunun qalibi Serbiyada yerli “Partizan”ın qonağı olub.Böyükağa Hacıyevin yetirmələri iki il əvvəl uduzmadığı Belqraddan yenə müsbət nəticə ilə dönməyə yaxın olsa da, bunu bacarmayıblar. Düzdür, “ağ-qaralar” matça yaxşı başlayıblar. Onlar Denis Silvanın dublu ilə 2:0 hesabı ilə önə də keçiblər. Lakin sonradan oyunun axarı dəyişib. “Neftçi”ni sevindirən Silva növbəti qolunu öz qapısına vurub. Ardınca Petar Qrbiç oyunda status-kvonu bərpa edib. İkinci hissə isə rəqibin üstünlüyü şəraitində keçib. “Partizan” üçün  qələbə topu da “Neftçi”dən gəlib. Bu dəfə Elvin Yunuszadə “məharətini” göstərib. Lakin Belqradda 2 qol vuran komandamızın qrupa düşmək şansı yüksəkdir. Cari mövsüm avrokuboklardakı səfər matçlarında uğurlu seriyası qırılan paytaxt təmsilçisi bunun üçün cavab oyununda rəqibini məğlub etməlidir. "Partizan" (Serbiya) - "Neftçi" - 3:2QOLLAR: Silva, 11; 17 - Silva, 29 (avtoqol); Qrbiç, 32; Yunuszadə, 69 (avtoqol)

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol