• $
  • €
  • ₽
  • ₺
  • £

NBA ulduzu küçələrdə dilənir - FOTOLAR

NBA ulduzu küçələrdə dilənir - FOTOLAR
21.08.2014 23:19
Ayverson bədxərcliyi üzündən belə bir vəziyyətə düşüb.
Amerika Milli Basketbol Assosiasiyasının (NBA) ulduzu Allen Ayverson dilənçiliyə əl atıb. Onun bu yola düşməsinin səbəbi çoxsaylı məhkəmə qərarlarına görə bütün əmlak və pulunu itirməsi olub.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərə förə, ulduz idmançı dilənçiliyi Atlantadakı ticarət mərkəzlərinin birinin girişində edib. Mərkəzin mühafizəçiləri alıcılara yaxınlaşaraq pul istəyən bir nəfəri görüb və onu öz otaqlarına aparıblar.
Daha sonra polislər dilənçinin dünyanın ən məşhur basketbolçularından biri – Allen Ayverson olduğunu görüb və təəccüblərini gizlədə bilməyiblər.
Mühafizəçilər ona hörmətlə yanaşıblar. Onlar Allen Ayversona heç bir təzyiq etmədən mərkəzi tərk etməsini xahiş ediblər.
Ticarət mərkəzinin mühafizəçilərdən biri Ceyson Sivort hadisə ilə bağlı belə danışıb: “Uşaqlıqdan kumirim olmuş birinə ticarət mərkəzini tərk etməyi tələb etmək mənim üçün çox ağır idi. Belə bir səhnəni görmək çox çətin idi. Ümid edirəm ki, Allen Ayverson əvvəlki həyatına qayıdar”.
Qeyd edək ki, Allen Ayversonun çətin günləri karyerasını bitirdikdən sonra başlayıb. Əfsanəvi basketbolçu hazırda bankrot olsa da bankda 30 milyon dolları var. Bu pullar ona “Reebok”la sponsor müqaviləsindən çatır. Lakin sözləşməyə əsasən 39 yaşlı əfsanə həmin pula 55 yaşı tamam olandan sonra toxuna bilər.
NBA-da çıxışı zamanı Ayverson 154,5 milyon dollar qazanıb. Sponsor və reklam gəlirlərini də əlavə etsək, bu məbləğ 200 milyonu keçib.
Ayverson bədxərcliyi üzündən belə bir vəziyyətə düşüb, külli miqdarda pul xərcləyib. Sonuncu dəfə 2012-ci ildə onu zərgərlik şirkətinə 896 min dollar borcunu ödəməyə məhkəmə məcbur edib.
Allen Ayverson uzun müddətdir ki, pulsuzdur. Hələ 2 il əvvəl məhkəmədə belə demişdi: “İndi mənim çizburger almağa belə pulum yoxdur”.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol