• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın məşhur şahmatçıları Bakıya gələcək

Dünyanın məşhur şahmatçıları Bakıya gələcək
21.08.2014 12:35

FİDE Qran-pri turnirinin mərhələ yarışlarının tarixini və yarışa qatılacaq şahmatçıların ilkin siyahısını açıqlanıb. Apasport.az saytının məlumatına görə, 4 ölkədə baş tutacaq 4 mərhələ oktyabrda başlayıb, gələn ilin mayında başa çatacaq.

Zəka sahibləri marafona Bakıda start verəcəklər. Ölkəmizdə keçiriləcək ilk mərhələ oktyabrın 1-dən 15-dək olacaq. Ardınca şahmatçılar Özbəkistan paytaxtı Daşkəndə səfər edəcəklər. Burada oktyabrın 20-dən noyabrın 3-dək baş tutacaq matlardan sonra Qran-pridə fasilə yaranacaq.

3-cü mərhələnin görüşləri 2015-ci ilin 14-28 fevralında İranın paytaxtı Tehranda oynanılacaq. Son mərhələyə isə Rusiya paytaxtı Moskva ev sahibliyi edəcək. Bu oyunlar həmin il mayın 13-27-də keçiriləcək.

Qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayacaq. Artıq FİDE 11 idmançının adını açıqlayıb. Belə ki, Maqnus Karlsen (dünya çempionu, Norveç), Vişvanatan Anand (dünya çempionluğu uğrunda oyunun iştirakçısı, Hindistan), Vladimir Kramnik (Dünya Kubokunun qalibi, Rusiya), Dmitri Andreykin (Dünya Kubokunun finalçısı, Rusiya), Yevgeni Tomaşevski (Dünya Kubokunun yarımfinalçısı, Rusiya), Maksim Vaşye-Laqrav (Dünya Kubokunun yarımfinalçısı), Levon Aronyan (Ermənistan), Fabiano Karauna (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ) və Veselin Topalova (hamısı 05.2013-04.2014 reytinqinə əsasən, Bolqarıstan) Qran-Pridə iştirak üçün dəvət edilib. Onlar yarışa qatılmalarını avqustun 27-nə qədər təsdiqləməlidir.

Əgər onlardan hansısa tunirdən imtina edərsə, ehtiyat “üçlük”də məlumdu. Burada Sergey Karyakin (Rusiya) və Boris Gelfandla (İsrail) yanaşı, Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da var.

Qeyd edək ki, “11-liyə” hər təşkilatçı ölkənin 1 şahmatçısı, həmçinin FİDE prezidentinin nominantı da qoşulacaq.

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol