• $
  • €
  • ₽
  • ₺
  • £

"Partizan"dan hədə: "Neftçi" üçün asan olmayacaq"

"Partizan"dan hədə: "Neftçi" üçün asan olmayacaq"
18.08.2014 10:54
"Meydana çıxdıqda maaşlarımızın ödənilib-ödənilməməsi haqda düşünməyəcəm. Azarkeşləri eşidəcəm və yalnız "Partizan" üçün necə yaxşı oynamalı olduğumu fikirləşəcəm. Söz verirəm ki, "Neftçi" ilə oyunda belə də olacaq".Qol.Az-ın məlumatına görə, bu sözləri "Partizan" klubunun hücumçusu Petar Skuletiç Serbiya mətbuatına açıqlamasında deyib.Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyuna toxunan serbiyalı futbolçu qələbə qazanacaqlarına inandığını bildirib: "Yerli çempionatda "Nis" üzərində qazandığımız qələbə (4:1) özünəinamımızı bir qədər də artırdı. "Neftçi" ilə öz meydanımızda da qalib gələcəyimizə inanırıq. Daha öncəki rəqiblərimizlə görüşlərdə qol vurmuşam. Saşa Stamenkoviçin də qapısına yol tapsam, pis olmaz. Ancaq əsas komandamın qələbə qazanmasıdır. Qolun kimin vurmasının fərqi yoxdur. "Neftçi" barədə çox da məlumatımız yoxdur. Ancaq Azərbaycan Premyer Liqasının son turunda qələbə qazandıqları görüşdə ("Bakı" ilə oyunu nəzərdə tutur - red) əsas heyətin bir neçə futbolçusuna istirahət verdiklərini bilirik. Bununla belə, "Neftçi"yə Serbiyada asan olmayacaq. Düşünürəm ki, biz rəqibdən daha güclüyük".Qeyd edək ki, avqustun 21-də Belqradda keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol