"Barselona"da ciddi itki

"Barselona"nın yeni transferi Andre ter Stegen mövsümün əvvəlini buraxmalı olacaq.Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşq zamanı zədələnən almaniyalı qolkiper tibbi müayinədən keçib. Zədəsi ciddi olan oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaqda qalacağı açıqlanıb.İspaniya La Liqasının ilk turunda avqustun 17-i keçiriləcək "Elçe" ilə matçda "Barsa"nın qapısını Klaudio Bravonun qoruyacağı gözlənilir.Qeyd edək ki, ter Stegen bu ilin mayında "Barselona"ya transfer olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























