• $
  • €
  • ₽
  • ₺
  • £

Fariz Məmmədov üçün erməni rəqib

Fariz Məmmədov üçün erməni rəqib
13.08.2014 16:35
Oktyabr ayında start götürəcək APB (AİBA Professional Boxing) turnirində daha bir çəki dərəcəsində boksçuların adları məlum olub. Qol.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, həmyerlimiz Fariz Məmmədovun da mübarizə aparacağı 69 kq çəki dərəcəsində 8 idmançı olimpiya lisenziyası uğrunda qüvvəsini sanayacaq. Bu çəki dərəcəsinin əsas favoritlərindən biri London Olimpiadasının bürünc, dünya çempionatının gümüş mükafatçısı rusiyalı Andrey Zamkovoydur. 34 yaşlı Fariz Məmmədov 69 kq çəki dərəcəsinin ən yaşlı idmançısıdır. Bu çəkidə ən gənc idmançı isə Almaniyanı təmsil edən milliyətcə erməni olan Arajik Marutyandır. Onun 19 yaşı var.Andrey Zamkovoy (Rusiya) -  27 yaşı var. London Olimpiadasının bürünc mükafatçısı, 2009-cu il (Milan) dünya çempionatının gümüş mükafatçısı.Arajik Marutyan (Almaniya) – 19 yaşı var. 2013-cü il (Almatı) dünya çempionatının bürünc mükafatçısı, 2013-cü il Avropa çempionatının (Minsk) gümüş mükafatçısı.Denis Lazarev (Ukrayna) – 24 yaşı var. 2007-ci il (Serbiya) yeniyetmələr arasında Avropa birinciliyinin qalibi.Fariz Məmmədov (Azərbaycan) – 34 yaşı var. WBO Avropa kəmərinin sahibi.Qyula Kate (Macarıstan) – 32 yaşı var. 2003-cü il (Banqkok) dünya çempionatının, 2009-cu il (Milan) dünya çempionatının bürünc mükafatçısı.Markos Nader (Avstriya) – 24 yaşı var.Onur Sipal (Türkiyə) – 25 yaşı var. 2008-ci il Pekin Olimpiadasının iştirakçısı, 2013-cü il tələbələrin Universiadasının (Kazan) bürünc mükafatçısı.Rayton Okviri (Keniya) – 28 yaşı var. 2011-ci il Afrika oyunlarının bürünc mükafatçısı.   Xatırladaq ki, oktyabrın 24-də APB-də ilk döyüşlər start götürəcək. İlk görüşlər hərəsi 3 dəqiqədən olmaqla 6 raund olacaq. 2015-ci ilin yanvarında təşkil olunacaq APB çempionunu müəyyənləşdirən qarşılaşmalar isə 8 raund olacaq. Sonda hər çəkidə iki boksçu Rio De Janeyro Olimpiadasına vəsiqə qazanacaq. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol