Xorvatiya yığması millimizlə oynamaqdan imtina etdi

Qadın voleybolçular arasında Azərbaycan millisinin yoxlama matçı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, Xorvatiya yığması Sloveniyada təlim-məşq toplanışında olan Faiq Qarayevin yetirmələri ilə sınaq oyunu keçirməyi planlaşdırsa da, bu, baş tutmayacaq.Belə ki, dünya Qran-prisinə hazırlaşan rəqib görüşü keçirməyi məqsədəuyğun saymayıb. Xorvatiyalı həmkarlarımızın yazdıqlarına görə, baş məşqçi Ancelo Vercesi millinin istirahətini daha üstün tutduğundan, nəzərdə tutulan hər 2 qarşılaşmadan imtina edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























