• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: “Oyunumuz alınmadı"

Qurban Qurbanov: “Oyunumuz alınmadı"
07.08.2014 09:15
“Oyunumuz alınmadı. Məcburi dəyişikliklərə görə oyun planınımız pozuldu. Bəzi futbolçulardan narazı qaldım. Rəqib də yaxsı oynadı.  Onları təbrik edirəm, bundan sonrakı oyunlarında uğurlar arzulayıram. Biz isə  Avroliqanı gözləyirik”.Qol.Az-ın  məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov  Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la cavab oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.O, hakimin bəzi qərarları ilə razılaşmadığını, ancaq bu haqda danışmağın mənasız olduğunu qeyd edib: “Hakimlik haqda danışmağın artıq mənası yoxdur.  Birinci qolda İlqar Qurbanov zədələndiyi üçün meydanın kənarında idi. Namiq Yusifovu onun əvəzinə meydana buraxmaq istəsəm də, hakim buna icazə vermədi. Ona görə hakimə etiraz etdim. Digər epizodda isə hakim Çumbinyonun hərəkətini  qayda pozuntusu kimi qiymətləndirdi. Ancaq oyunu saxlamaya bilərdi. İndi bunları danışmağın mənası yoxdur". Q.Qurbanov rəqibin "Qarabağ"ın oyun planından əvvəlcədən xəbərdar olduğunu deyib: “Rəqib bilirdi ki, beş müdafiəçi ilə oynayacağıq. Onlara bu haqda əvvəlcədən məlumat ötürülmüşdü. Heyf ki, Reynaldo ən yaxşı formada olduğu bir vaxtda bizə kömək edə bilmədi. Ancaq biz tək Reynaldodan ibarət deyilik. Bəzi aparıcı oyunçumuzun olmaması özünü göstərdi. İlqar Qurbanovun zədəsi isə ciddidir. Onun əzələsində yırtıq var.Q.Qurbanov yeni transferlərin olub-olmayacağı haqda Bakıda qərar verəcəyini bildirib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol