• $
  • €
  • ₽
  • ₺
  • £

“Neftçi”nin mərhələ adlamaq şansı “Qarabağ”dan çoxdur”

“Neftçi”nin mərhələ adlamaq şansı “Qarabağ”dan çoxdur”
06.08.2014 18:17

Azərbaycanın tanınmış futbol mütəxəssisi Arif Əsədov “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı çıxışını dəyərləndirib.

Qol.Az saytına açıqlamasında veteran futbolçu əvvəlcə “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la bu gün keçiriləcək cavab matçı haqda danışıb:

“Qarabağ”ın rəqibi doğrudan da çox güclüdür. Buna baxmayaraq komandamız ilk oyunda “Zalsburq” üzərində qələbə qazandı. “Zaslsburq” ikinci hissəsində göstərdi ki, tam komplektləşmiş, rəqibi daima təzyiq altında saxlaya bilən, pressinq edən, sürətli bir komandadır. Bugünki oyunda həmin pressinqi ikiqat edəcəklər. Yəqin ki, oyunlarını bunun üzərində quracaqlar. Çünki “Qarabağ” özündə top saxlamağı yaxşı  bacarır. Rəqib bilir ki, ancaq pressinqlə komandamızın oyununu poza bilərlər. 

Bugünkü oyunda “Qarabağ”ın işini çətinləşdirən amillərdən biri də Reynaldonun yoxluğudur. Düzdür, çox çətin olacaq, amma inanırıq ki, “Qarabağ” səfərdən üzüağ gələcək. Rəqib ilk dəqiqələrdən güclü təzyiq edəcək.  Komandamız bu təzyiqlərə davam gətirə bilsə, getdikc oyunu ələ ala bilər”.

A.Əsədov “Zalsburq”da problemlər olduğunu vurğulayıb:  “Zalsburq”un əsas problemi onun müdafiəsindədir. Xüsusilə müdafiəçilərinin sürəti çatmır. Hiss olunur ki, “Qarabağ”ın hücum xətti “Zaslburq”un müdafiəsindən daha sürətlidir. İlk oyunda gördük ki, komandamız bir neçə dəfə əks-hücumlarda rəqibi çətin vəziyyət saldı.  “Zalsburq”un müdafiəsində bu gün daha çox boşluq ola bilər. Çünki onlar əsasən hücuma aludə olacaqlar. Ona görə də “Qarabağ”ın Reynaldoya bu gün daha çox ehtiyacı var. 

Bir vaxtlar “Neftçi” klubunu çalışdıran mütəxəssis sabiq komandasının Avroliqanın III təsnifat mərhələsinin “Çixura” ilə sabah keçiriləcək cavab matçı haqda da fikirlərini bildirib: “Statistika göstərir ki, “Neftçi” avrokuboklarda artıq səkkiz oyundur ki, evdə qalib gələ bilmir. Sanki bir sindrom yaranıb.  Amma ilk oyunda öz meydanında qolsuz heç-heçə etmək həmişə yaxşı nəticə hesab olunub.  Çünki qol buraxmırsan və səfərdə qol vurmaq imkanın var. Nəzərə olsaq ki, “Neftçi”nin hücum xəttində texnikalı, qol vurmağı bacaran futbolçular var, onda komandamızın qalib gəlmək şansının çox olduğunu deyə bilərik. Düşünürəm ki, növbəti mərhələyə yüksəlmək üçün “Neftçi”nin  şansı “Qarabağ”dan daha çoxdur”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol