• $
  • €
  • ₽
  • ₺
  • £

Şahin Diniyev: "Azarkeşləri oyunlara gətirmək AFFA-nın yox, klubların işidir

Şahin Diniyev: "Azarkeşləri oyunlara gətirmək AFFA-nın yox, klubların işidir
28.05.2020 22:00
"Çempionat oyunlarımıza az azarkeş gəlməsinin çox səbəbləri var. Bunun bir səbəbi olsaydı, aradan qaldırmaq və fanatları stadionlara cəlb etmək asan olardı".


Bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan Premyer Liqasının oyunlarına az azarkeşin gəlməsinə münasibət bildirərkən deyib.


54 yaşlı mütəxəssis bildirib ki, bu işdə mətbuatın da əməyi böyük olmalıdır: "Klublardakı vəziyyət, yaxşı futbolun və nəticənin olmaması bunun səbəblərindən biridir. "Qarabağ"ın avrokubok oyunlarında stadionlar dolu olur. Amma çempionat matçlarına demək olar ki, heç kim gəlmir. Bu isə o deməkdir ki, Azərbaycanda futbola iki şeyə görə gedirlər. Bir komandanın uğuruna görə və ya hansısa tanınmış futbolçuya görə. Komandalarda yüksək səviyyəli oyunçular olmalıdır. İtaliya yığması Bakıya gələndə ulduz futbolçulara görə stadiona gələnlər var idi. Burada qadınlar, uşaqlar və yaşlılar da var idi. Onlar oyunun nəticəsinə görə yox, məşhur oyunçuları görmək üçün gəlirdilər".

Diniyev klubların da təşkilatçılıq tərəfindən aktiv olmalarının gərəkliyini söyləyib: "Onlar hansısa yollarla azarkeş cəlb etməlidirlər. Azarkeşi hansısa yolla stadiona gətirirsən, sonra öyrəşir. SSRİ vaxtı lotereya oynanılırdı. Demirəm ki, bunu etsinlər. 3 min azarkeş gəlirdi, onun 2500-ü lotereya udmaq üçün gəlirdi. Lotereya olmasa, növbəti oyuna 500 nəfər qalırdı. Bunun bir sıra növləri var. Bununla marketinq şöbələri işləməlidir və daha aktiv olmalıdırlar. Azarkeş həm də kiməsə görə oyuna gəlir. Etiraf edək ki, bizim futbolçuların oyunu cəlbedici səviyyədə deyil. Nə beynəlxalq səviyyədə, nə də daxili marafonda. Çempionatdakı matçlarda da intiriqa yarada bilmirik. Hər şeyin başında gözəl futbol və yaxşı nəticələr durur. Onunla da azarkeş cəlb eləmək olar. Klubların marketinq şöbələri azarkeş cəlb etmək üçün zəif işləyir. Ən kökündə isə yaxşı futbol və nəticə dayanır". 

Sabiq baş məşqçi AFFA-nın azarkeşlərin stadionlara gəlişi üçün hər bir addımı atdığını vurğulayıb: "Bunu beynəlxalq oyunlarda da görürük. Avropada "Qarabağ"dan başqa bir komanda yoxdur ki, azarkeş onun arxasında dursun. Klublar müstəqildir, bu, federasiyanın işi deyil. Təşkilatçılıq və marketinqlə yaxşı məşğul olmaq lazımdır. Nəticə yaxşı olmasa belə bəzi şeylərlə azarkeş cəlb etmək olar. Amma hamı gözəl oyuna baxmaq istəyir".   


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol