“Qarabağ” “Zalsburq”la oyuna qara forma və sarğı ilə çıxmaq istəyir

“Qarabağ” futbol klubu Çempionlar Liqası çərçicəsində “Zalsburq”la cavab oyununa bir dəqiqəlik sükutla başlanılmasını istəyir. Musavat.com xəbər verir ki, bunu "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib. “Biz oyunun 1 dəqiqəlik sükutla başlanması üçün müraciət edəcəyik. Ümidvarıq ki, UEFA bu məsələdə bizə qarşı çıxmayacaq. Bundan əlavə, oyunda qara forma və qara sarğıdan istifadə etməyi düşünürük”, - Nurlan İbrahimov deyib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























