Droqba rəsmən “Çelsi”də - FOTO

Türkiyə “Qalatasaray”ından ayrılan Didye Droqba İngiltərənin “Çelsi” klubuna keçib.“Qafqazinfo”nun məlumatına görə, Sportnet.az-ın “zadəganlar”ın rəsmi saytına istinadən xəbər verir ki, kot d ivuarlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, 2004 - 2012-ci illərdə də çıxış etdiyi komandaya azad agent kimi qoşulub. Çünki Droqbanın 2013-cü ilin yanvarında “Cim-Bom”la bağladığı 1,5 illik müqavilə bu yay başa çatıb. 36 yaşlı forvardın qaytarılmasını “Çelsi”nin baş məşqçisi Joze Mourinyo istəyib.
Qeyd edək ki, Didye Droqba İngiltərə klubunun heyətində əvvəllər oynadığı vaxt 226 matçda 100 qol vurub. O, 3 dəfə İngiltətə çempionluğu, 4 dəfə Federasiya Kuboku, 2 dəfə Liqa Kuboku, 1 dəfə Çempionlar Liqasını qazanıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























