• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı baş məşqçi və voleybolçular İndoneziyadan qayıda bilmir

Azərbaycanlı baş məşqçi və voleybolçular İndoneziyadan qayıda bilmir
28.05.2020 23:39
"Odina Əliyeva, Nataliya Məmmədova və mən ölkəmizə qayıtmaq istəyirik". 

Bu fikirləri "Report"a açıqlamasında İndoneziyanın "Cakarta” voleybol klubu ilə yollarını ayıran azərbaycanlı baş məşqçi Ziya Rəcəbov deyib. 

38 yaşlı mütəxəssis Azərbaycana qayıtmaq üçün bu gün İndoneziyadakı səfirliyə müraciət etdiyini bildirib: "Əvvəllər demişdilər ki, Dubaydan Bakıya çarter reysi olacaq. Amma indi bildirdilər ki, aprelin 20-dək heç bir uçuş həyata keçirilməyəcək. Uçuş olduqda bizə bir neçə gün əvvəldən dəqiq məlumat verəcəklərini söylədilər. O zaman biz də buradan Dubaya uçacaq, oradan isə Bakıya yollanacağıq. Hamımız evimizə getmək istəyirik". 

Baş məşqçi fürsətdən istifadə edərək, Azərbaycanın İndoneziyadakı səfirliyinə təşəkkür edib: "Səfirlikdən mənə dedilər ki, buradan Azərbaycana getmək istəyən 17 nəfər var və onlar yalnız Dubaya getdikdən sonra ölkəyə qayıda bilərlər. Səfirliyə təşəkkür edirəm, 2-3 gündən bir bizimlə maraqlanırlar".

Rəcəbov koronavirusa görə İndoneziyadakı vəziyyətin normal olduğunu vurğulayıb: "Sadəcə, bütün reyslər bağlanıb. Qabaqlayıcı tədbirlər görürlər və burada karantin müddəti də bitib. Hamı öz işi ilə məşğuldur, amma ehtiyatı əldən vermirlər. Buranın statistikası ilə maraqlanmamışam, amma demək olar ki, ölüm çox azdır, yox səviyyəsindədir".

Qeyd edək ki, Ziya Rəcəbov "Cakarta" ilə müntəzəm çempionatın qalibi olub. Yarış koronavirus pandemiyası səbəbindən dayandırılıb və pley-off mərhələsi təxirə salınıb

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol