• $
  • €
  • ₽
  • ₺
  • £

6 ildə 129 medal - 42 qızıl, 32 gümüş və 55 bürünc

6 ildə 129 medal - 42 qızıl, 32 gümüş və 55 bürünc
22.07.2014 12:07
Azərbaycan - idmanın inkişaf səviyyəsinə görə sürətlə tərəqqi edən ölkələrdən biridir. İdmançılarımızın qələbə soraqları Olimpiya oyunlarından, dünya və Avropa çempionatlarından gəlir. Mötəbər yarışlarda qazanılan uğurların sayına görə respublikamız liderlər sırasındadır. Bu nailiyyətlər prezident İlham Əliyevin rəhbərliyilə idmanımıza dair düşünülmüş və məqsədyönlü siyasətin göstəricisidir! 
Respublikamızın güclü iqtisadiyyatı sosial həyatımızın bütün sahələrində, o cümlədən, idmanda maddi-texniki bazanın möhkəmləndirilməsini təmin edir. Müxtəlif bölgələrimizdə yeni olimpiya kompleksləri tikilir, mövcud olan qurğular təmir edilir, müasir tələblər səviyyəsində yenidən qurulur. Belə bir iş təcrübəsi ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Bu isə öz növbəsində idman ənənələrini daha da zənginləşdirmək üçün geniş perspektivlər açır. Bu baxımdan pəhləvanlarımızın hünəri diqqəti xüsusilə cəlb edir. Onların parlaq qələbələri idmanımızın salnaməsində layiqli yerini tutub.
Hər il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri respublikamızın güləş ölkəsi kimi şöhrətini bir qədər də artırırb. Tarixi 2008-ci ildən başlanan bu yarış elə ilk gündən FİLA-nın təqvimində ən mühüm tədbirlərdən biri kimi seçilir.
Qızıl Qran-Pri beynəlxalq turniri Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun rəhbərliyilə həm təşkilati məsələlərinə, həm də texniki göstəricilərinə görə artıq dünya miqyasında keyfiyyətcə yeni bir hadisəyə çevrilib.Mütəxəssislər onu idman yarışlarına münasibət baxımından Azərbaycan standartlarının bir nümunəsi sayırlar. Pəhləvanların ali məclisi kimi yarışda yalnız ən güclülər iştirak edə bilərlər. Onları müəyyənləşdirmək məqsədilə mövsüm ərzində ayrı-ayrı ölkələrdə seçmə yarışlar keçirilir. Paris, Budapeşt və Krasnoyarsk şəhərlərində Qran-Pri turnirlərinin qalibləri Bakıda final mərhələsində iştirak etmək hüququ qazanırlar. 
Turnirin həm Azərbaycan, həm də dünya güləşi üçün əhəmiyyəti çox yüksək qiymətləndirilir. Çünki hər dəfə müvafiq yarışlarda dünya güləşinin mövcud vəziyyəti, ümumi səviyyəsi, qarşıdakı vəzifələr müəyyənləşdirilir. Başqa sözlə, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turniri bütövlükdə dünya güləşinin inkişafına təsir göstərir.
İndiyədək təşkil olunan 6 turnir pəhləvanlarımızın uğurları ilə əlamətdar olub. İlk yarışlarda həm sərbəst,həm yunan-Roma, həm də qadın güləşçilərinin mübarizəsində üst-üstə 22 medal müntəzəm qələbələr üçün bünövrə yaratdı. Fərid Mansurov, Fuad Əliyev, Rövşən Bayramov, İlqar Abdulov, Həsən Əliyev, Vitali Rəhimov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Sona Əhmədli, Mariya Stadnik, Yuliya Ratkeviç və bir çox başqaları müxtəlif mövsümlərdə qələbələrilə Azərbaycanın güləş ənənələrini daha da zənginləşdiriblər.
Bütövlükdə 42 qızıl, 32 gümüş və 55 bürünc – ümumən 129 medal. Ölkəmizin güləş ustalarının indiyədək 6 turnirdə nəticələri belədir. İyulun 25-dən 27-dək Bakıda 7-ci turnir olacaq. Yarışın davam etdirilməsi, onun yenidən paytaxtımıza həvalə olunması FİLA-nın Azərbaycan Güləş Federasiyasına etimadının, habelə, turnirin bu dəfə də yüksək səviyyədə təşkil olunacağına inamının ifadəsidir.
Həm federasiyanın mütəxəssisləri, həm də seçmə komandamızın üzvləri qarşıdakı sınağa ciddi hazırlaşırlar. Turnir ulu öndərimizin adını daşıdığına görə güləşçilərimiz yarışa ikiqat məsuliyyətlə yanaşır, yeni qələbələr qazanmaq əzmilə məşq edirlər. Rəqiblər heç də asan olmayacaq. Yarışlarda dünyanın ən güclü komandaları – Türkiyə, Rusiya, İran, Gürcüstan, Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Almaniya və başqa ölkələrin güləşçilərinin iştirakı gözlənilir. 
İndiyədək hər bir turnirdə Azərbaycan pəhləvanları komanda hesabında ilk üçlükdə olub. Son 3 yarışın hər birində isə idmançılarımızın qazandığı mükafatların sayı 20-dən çox olub.Həmin turnirlər Hacı Əliyev, Orxan Əhmədov, Kamran Məmmədov, Rafiq Hüseynov, Rəsul Çunayev, Saman Təhmasibi və digər idmançılarımızın qələbələrilə yadda qalıb. Bu nailiyyətlər Azərbaycan güləşinin inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Şübhə yoxdur ki,ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan 7-ci Qızıl Qran-Pri beynəlxalq turniri də pəhləvanlarımızın qələbələrilə əlamətdar olacaq.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol