• $
  • €
  • ₽
  • ₺
  • £

Oğuz Çətindən Fatih Terimə sərt ittihamlar

Oğuz Çətindən Fatih Terimə sərt ittihamlar
16.07.2014 14:25
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Türkiyə millisinin çalışdırıcısı Fatih Terimi tənqid edib. 
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, yığmada bir müddət birgə işlədiyi F.Terimin başqa məşqçilərin yolunu açmadığını deyib: 
"2005-ci ildə Türkiyə millisində işləməyə başladım. O zaman Terim komandadan getdikdən sonra yığmanı mən və ya məşqçi heyətindəki şəxslərdən birinin çalışdıracağını düşünürdük. Ancaq Fatih Terim Türkiyə millisi ilə yolları ayırdıqdan sonra onun əvəzinə Quus Hiddink gətirildi. Hiddinklə də o getdikdən sonra baş məşqçi olacağımı düşündüyüm üçün işlədim. Millinin səksən matçında komandanın məşqçilərindən biri olmuşam. Ancaq bu təcrübəm heç kəs tərəfindən dəyərləndirilmədi. Fatih Terim heç zaman mənə dəstək olmadı. Mənim yığmada baş məşqçi kimi işləməyimi istəmədi. Ancaq Mustafa Dənizli onun kimi deyil". 
O.Çətin bildirib ki, Türkiyə millisini fərqli məşqçilər də çalışdırmalıdır: "Fatih Terim, Quus Hiddink, Abdullah Avcıdan sonra niyə Aykut Kocaman, Ertoğrul Sağlam kimi gənc məşqçilər millidə işləməsin? Ölkədə elit məşqçilərin sayını artırmaq lazımdır. Yalnız Fatih Terimi yığmaya gətirmək düzgün deyil. Elit məşqçilərin sayı artsa, ölkə futbolu da inkişaf edəcək".
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol