• $
  • €
  • ₽
  • ₺
  • £

Həndbol üzrə Azərbaycan çempionatı ləğv olunur

Həndbol üzrə Azərbaycan çempionatı ləğv olunur
22.06.2020 12:44
"Həndbol üzrə Azərbaycan çempionatını ləğv edilmiş saymaq olar. Çünki bu şəraitdə yarışı davam etdirmək mümkün deyil”.

Bunu Oxu.Az-a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.

O, həndbol üzrə yarışların ləğv ediləcəyini bildirib:

"Hələ rəsmi qərar verməmişik. Federasiya prezidenti Saleh Məmmədovla iyulun əvvəlində bu barədə söhbət ediləcək. Bundan sonra rəsmi qərar açıqlanacaq.
İki həftəlik sərt karantin rejimi tətbiq olunur. Üstəlik, minimum avqustun 1-dək Azərbaycanda karantin rejimi olacaq. Bu müddətdə idman zallarının açılacağı güman edilmir.

Əslində, sentyabrda yarışı davam etdirmək olar. Amma bu, bizə sərf etmir. Çünki yeni mövsümə oktyabr-noyabrdan başlamaq istəyirik. Rusiya da həndbolu dayandırıb. Yəqin, Gənclər və İdman Nazirliyi də keçirməyə icazə verməyəcək. İdman zalları xəstəxanaya çevrilsə, yerimiz də olmayacaq.

Avrokuboklar üçün həm qadınlarda, həm də kişilərdə dörd yerimiz var. Ona görə də çempionatda indiki turnir cədvəlinə əsasən yerləri müəyyənləşdirib avrokuboklara gedəcək komandaları açıqlamaq mümkündür”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol