• $
  • €
  • ₽
  • ₺
  • £

Almanlar Braziliyaya divan tutdu: 1:7

Almanlar Braziliyaya divan tutdu: 1:7
09.07.2014 09:01
Braziliyada keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.ANN.Az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Braziliya – Almaniya görüşündə ilk finalçı müəyyənləşib. Tərəflər dünya çempionatları tarixində yalnız 1 dəfə üz-üzə gəlib. Bu, 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundialın finalında olub. Həmin vaxt Braziliya Almaniyanı Ronaldonun dublu ilə 2:0 hesabı ilə məğlub edərək, 5-ci dəfə dünya çempionu olmaqla, “pentakampeonlar” ləqəbini qazanmışdı. 12 ildən sonra tərəflər yenə üz-üzə gəliblər. Bu dəfə isə Braziliya meydan sahibi qismində almanlara qarşı mübarizə aparıb. Zədəli Neymar və cəzalı Tyaqo Silvanın oynamamasına baxmayaraq, braziliyalıların şansları Almaniyaya nisbətən üstün sayılırdı. Amma almanlar yarımfinal oyununda Braziliyaya heç bir şans verməyiblər. Almaniya 7:1 hesabı ilə möhtəşəm qələbə qazanıb. Bu, Braziliya millisinin tarixində ən böyük məğlubiyyət olub. Komandalar bu görüşə qədər ümumilikdə 21 dəfə qarşılaşıb. Bu görüşlərdə Braziliyanın aşkar üstünlüyü hökm sürür. 12 matçda Cənubi Amerika, 4-də isə Avropa təmsilçisi qalib gəlib. 5 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də braziliyalılar üstündür – 39:24.     DÇ-2014 , 1/2 final9 iyul Braziliya – Almaniya - 1:7Qollar: Oskar, 90+2 - Müller, 11; Kloze, 23; Kroos, 24; 26; Hedira, 29; Şürle, 69; 79Baş hakim: Marko Rodriges (Meksika)Belo Horizonte. “Mineyran” stadionuBraziliya: Sezar, Luis, Fernandinyo, Marselo, Halk, Fred, Oskar, Dante, Qustavo, Bernard, MaykonAlmaniya: Noyer, Hövedes, Hummels, Xedira, Şvaynştayqer, Özil, Kloze, Müller, Lam, Kroos, BoatenqANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol