Toni Kroos "Real"la müqavilə imzalayıb?

"Bavariya"nın futbolçusu Toni Kroos "Real"la razılığa gəldiyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, almaniyalı oyunçu Münhen təmsilçisindən ayrılıb-ayrılmayacağı ilə bağlı qərarını DÇ-2014-dən sonra verəcəyini deyib:
"Dünya çempionatı başa çatana qədər qərarımı verməyəcəm. Hazırda "Bavariya"nın oyunçusuyam və heç bir klubla müqavilə imzalamamışam".
Qeyd edək ki, T.Kroosun "Real"la ilkin müqavilə imzaladığı iddia edilir.
ANN.Az
























