• $
  • €
  • ₽
  • ₺
  • £

Mundialda növbəti qiyam

Mundialda növbəti qiyam
27.06.2014 16:34

Dünya çempionatının keçirildiyi Braziliyada daha bir qalmaqal baş verib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Nigeriya millisinin futbolçuları komandanın dünənki məşqinə çıxmaqdan imtina ediblər.

Buna Nigeriya Futbol Federasiyasının (NFF) 1/8 finala çıxan millinin futbolçularına vəd etdiyi mükafatı hələ də verməməsi səbəb olub.

Məlumata görə, nigeriyalı oyunçular komandanın bu gün axşama nəzərdə tutulan məşqinə də çıxmayacaqları haqda federasiyanı xəbərdarlıq ediblər.

Rusiyanın İTAR-TASS agentilinin yaydığı xəbərə görə isə bu hədədən sonra NFF-nin rəsmisi futbolçuların mükafat məsələsini təcili həll etmək məqsədilə Nigariyaya qayıdıb.

Nigeriya millisinin oyunçularının DÇ-nin gedişatı zamanı belə bir tələb irəli sürməsi həm də hələ dörd il öncə, DÇ-2010-dən sonra yaşanan hadisə ilə əlaqədardır.  Federasiya qrupda iştiraka görə mükafat vəd etsə də, Nigeriya pley-off-a çıxmadığı üçün pullar ödənilməmişdi. İddia edilir ki, nigeriyalı oyunçular oxşar hadisənin bu dəfə də təkrarlanacağından ehtiyat edirlər. Onlar mükafatlarının qısa bir zamanda ödənilməyəcəyi halda həm məşqlərə, həm də iyunun 30-da Fransaya qarşı keçiriləcək DÇ-2014-ün 1/8 final oyununa çıxmayacaqlarını bəyan ediblər.

Xatırladaq ki, bundan əvvəl Afrikanın başqa bir təmsilçisi Qana millisinin oyunçuları da onlara vəd olunan mükafatın verilmədiyini əsas gətirərək Portuqaliya ilə qrup oyunundan imtina edəcəklərini bildirmişdilər. Bundan sonra Qana hökuməti təcili sürətdə Braziliyada olan futbolçulara üç milyon dollar göndərmişdi. Yalnız pullarını aldıqdan sonra qanalı oyunçular Portuqaliya ilə matça çıxıblar.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol