"Məsut Özil əvəzolunmaz futbolçu deyil"

Almaniya millisinin keçmiş futbolçusu Lotar Matteus yığmanın futbolçusu Məsut Özil haqda danışıb.
Qol.Az-ın "Kicker"ə istinadən yaydığı xəbərə görə, o, Özilin əvəzolunmaz bir yarımmüdafiəçi olmadığını deyib:
"Məsutun dünya çempionatında hər zaman əsas heyətdə oynayacağı dəqiq deyil. Çünki onun oynadığı mövqedə yığmada çox futbolçu var. Ancaq ondan daha çox şey gözləyirlər. Hesab edirəm ki, baş məşqçi Yoahim Löv Özili hər matçda əsas heyətə daxil etməyəcək".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























