• $
  • €
  • ₽
  • ₺
  • £

“Neftçi”yə daha bir brazilyalı

“Neftçi”yə daha bir brazilyalı
09.06.2014 20:51
“Neftçi” PFK braziliyalı futbolçu Kaue Sesilyo da Silvanı heyətinə qatıb. ANS PRESS-in "Neftçi"yə istinadla verdiyi məlumata görə, Bakıda tam tibbi müayinədən uğurla keçmiş yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. “Neftçi”də 5 nömrəli formanı geyinəcək futbolçu bu gün keçirilmiş məşqdə də iştirak edib. Məşqdən sonra braziliyalı futbolçu komandamızla bağlı təəsüratlarını rəsmi saytımıza danışıb:“Peşəkar futbolçu karyerama Braziliyada başlamışam və daha sonra Avropaya üz tutaraq Portuqaliya və Rumıniya çempionatlarında oynamışam. “Neftçi” məni hələ iki il əvvəl, Portuqaliya çempionatında çıxış edərkən transfer etmək istəyirdi. Özüm də “Neftçi”yə gəlmək fikrində idim. Lakin o zaman “Vaslui” klubu, məxsus olduğum komandaya böyük məbləğ təklif etdiyi üçün, Rumıniyaya yollanmağa məcbur oldum. Amma görünür “Neftçi” mənimlə “Vaslui”də oynayarkən də maraqlanıb və iki il sonra olsa da mən artıq burdayam. Tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2 illik müqavilə imzaladım. Hələ bura gəlməmişdən öncə “Neftçi”də oynayan braziliyalı həmvətənlərim Karlos Kardoso və Bruno Bertuççi ilə sıx münasibətim vardı. Bu baxımdan komandaya qısa müddətdə uyğunlaşacağıma əminəm. Qarşıda bizi çətin mövsüm gözləyir. Komanda rəhbərliyi və məşqçilər heyəti ilə yanaşı, azarkeşlərimizə də söz verirəm ki, Avropa Liqası oyunlarında və Azərbaycan çempionatında uğurla çıxış etmək üçün əlimdən gələni edəcəyəm”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol