• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur futbolçumuzun yaddaşı tamamilə itib

Məşhur futbolçumuzun yaddaşı tamamilə itib
04.06.2014 10:43
“Neftçi”yə SSRİ tarixində yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərovun səhhətində ciddi problem yaranıb. ANN.Az Sportnet.az-a istinadən xəbər verir ki, Ukraynanın Odessa şəhərində olan 79 yaşlı mütəxəssisin yaddaşı tamamilə sıradan çıxıb.Hətta onun yataq xəstəsi olduğu və ömrünün sonuna sayılı günlərin qaldığı bildirilir. Bütün bunlarla əlaqədar Ələsgərovla əlaqə saxlamaq mümkün olmayıb. Belə ki, onun evinə və mobil telefonuna etdiyi çoxsaylı zənglərə cavab verən olmayıb.Əvəzində qocaman mütəxəssisin ailəvi dostu Fərəməz Əsədov Ələsgərovun səhhəti barədə danışıb. Əsədov dostunun telefon zənglərinə cavab vermədiyini və yaddaşını tamamilə itirdiyini təsdiqləyib: “Ona dünən zəng etmişdim. Amma həyat yoldaşı ilə danışdım. Vəziyyəti dəyişməz qalıb. Yaddaşı tamamilə itib. Heç kimi tanımır. Ancaq yemək-içməyində heç bir problem yoxdur. Səhhətində digər nasazlıqlar da müahidə olunmur”.Qeyd edək ki, Ə.Ələsgərov 5 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra 1955-1965-ci illər ərzində Bakının “Neftyanik” (sonradan “Neftçi”) klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra futboldan ayrılmayıb və özünü məşqçilik sahəsində sınayıb, Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının “Neftçi” (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın “Pamir” (Düşənbə, 1972), Ukraynanın “Çernomorets” (Odessa, 1973-1977), Naxçıvanın “Araz" (1979), Moldovanın “Nistru” (Kişinyov, 1988-1989), “Şerif” (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.O, Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisidir, Azərbaycan milli futbol komandasının ilk baş məşqçisi olub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol