• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış voleybolçular Azərbaycan yığmasından kənarlaşdırıldı

Tanınmış voleybolçular Azərbaycan yığmasından kənarlaşdırıldı
03.06.2014 12:37
 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında əsas heyətlə mübarizə aparmayacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, Türkiyə və Bolqarıstanın ardından yığmamızın da yarışda gəncləri sınaqdan keçirəcəyi dəqiqləşib. Belə ki, Faiq Qarayev ilk dəfə qatılacağımız turnirdə təcrübəli voleybolçularımız Natalya Məmmədova, Oksana Parxomenko, Kseniya Kovalenko, Yelena Parxomenko və Natəvan Qasımovanın köməyindən istifadə etməyəcək. Həmçinin, Valeriya Korotenko və Odina Əliyevanın da heyətdən yer almayacağı əvvəlcədən bəlli idi. Çünki onlardan liberomuz analıq məzuniyyətində, digəri zədədən sonra bərpa prosesi keçir. Polina Rəhimovanın isə yeni klubu “Hyundai” ilə tanışlıq məqsədi ilə Cənubi Koreyaya yollanacağı gözlənilir. Lakin onun müəyyən görüşlərdə oynayacağı da istisna edilmir. Beləliklə, komandamızın Avro-2015-in II təsnifat mərhələsində oynadığı əsas heyətindən cəmi 3 voleybolçu - Oksana Kiselyova, Ayşən Abduləzimova və Yana Ağayeva Avropa Liqasında da heyətdə yer alacaq. A qrupunda Bolqarıstan, Türkiyə və Sloveniyaya qarşı oynayacaq millimiz onlarla yanaşı, Anastasiya Qurbanova, Yekaterina Jidkova, Ceyran Əliyeva, Aynur Kərimova, Şəfaqət Həbibova, Kseniya Pavlenko, Aleksandra Prupas və İrina Makarenkoya şans verəcək. Qeyd edək ki, komandamız ilk matçını iyunun 6-da Sofiyada Bolqarıstana qarşı keçirəcək. Avropa Liqasında komandamızı oyunlara Aleksandr Çervyakov və ya Vüqar Əliyevin çıxarması da gözləniləndir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol