"Real"ın ulduzu "topçular"ın hədəfində

Yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdıran "Arsenal" klubu növbəti transfer hədəfini açıqlayıb.
Qol.az-ın məlumatına görə, London təmsilçisi "Real" (Madrid) klubunun hücumçusu Kərim Benzemaya "elçi" düşüb."Topçular" fransız futbolçunun transferi üçün qarşı tərəfə 30 milyon funt təklif ediblər. Lakin "kral klubu" hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. "Real"ın Benzema ilə bağlı qərarını "DÇ-2014"dən sonra açıqlayacağı gözlənilir.Qeyd edək ki, Benzemanın "Real"la müqaviləsi gələn ilin iyun ayında başa çatacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























