Ukrayna millisinin yeni baş məşqçisi açıqlanıb

Futbol üzrə Ukrayna millisinin yeni baş məşqçisi açıqlanıb.
"Report" Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda Aleksandr Petrakova tapşırılıb.
64 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb. O, bu postda Andrey Şevçenkonu əvəzləyib. Petrakov komandanı 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























