Messi ildə 20 milyon qazanacaq

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi komanda ilə yeni müqavilə imzalayıb. ANS PRESS-in məlumatına görə, son vaxtlar zəif oyun göstərməsinə və azarkeşlərin sevgisini itirməsinə baxmayaraq Kataloniya klubu argentinalı futbolçu ilə müqaviləni uzadıb.Xatırladaq ki, bir qədər əvvəl azarkeşlərin Messinin satılmasına səs verdiyi barədə xəbər yayılmışdı. Amma bütün çətinliklərə və tənqidlərə baxmayaraq, klub və futbolçu arasında müqavilə yenilənib. Bu müqaviləyə görə, Messi ildə 20 milyon avro alacaq və dünyanın ən çox qazanan futbolçularının siyahısına başçılıq edəcək. Futbolçunun bonservisi də yüksəlib. Buna kimi Messini almaq istəyən klub “Barselona”ya 200 milyon avro ödəməliydisə, indi argentinalı hücumçuya formasını geyindirmək istəyən klub bunun üçün 250 milyon avrosundan keçməlidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























