"Real"ın prezidenti istefa verə bilər

"Real"ın prezidenti Florentino Peresi La Liqada "Selta"ya məğlubiyyət çox əsəbiləşdirib.Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşdən sonra onun paltardəyişmə otağına gedərək futbolçular və məşqçi heyəti ilə sərt danışdığı məlum olub. Oyunçuları tənqid edən klub prezidenti onlara bundan sonra Çempionlar Liqasının final matçını düşünməli olduqlarını söyləyib.İspaniya mətbuatı isə yazıb ki, "Real" bu mövsüm ÇL-i qazanmasa, F.Peres istefa verəcək.Qeyd edək ki, "Real" səfərdə "Selta"ya 0:2 hesabı ilə məğlub olmaqla çempionluq şansını itirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























