Azərbaycan yığması Ermənistanı darmadağın etdi

Bu gün İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışa məğlubiyyətlə başlasa da, bunun ardınca inamlı qələbə qazanıb. Belə ki, B qrupunda yer alan yığmamız ilk qarşılaşmasını ev sahiblərinə qarşı keçirib. Görüş 8:0 hesabı ilə cənub qonşularımızın xeyrinə bitib. Amma komandamız növbəti görüşündə bu məğlubiyyəti unutdura bilib. Millimiz Ermənistan güləşçilərini döşəyə çıxmağa peşman edib. Həmyerlilərimiz rəqiblə keçirdiyi 8 döyüşün hamısında çətinlik çəkmədən qalib gəliblər. Komandamız növbəti qarşılaşmasını Koreyaya qarşı keçirəcək. Qeyd edək ki, sabah qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























