• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Sadıqov: "Yığmadan gələn təkliflərə "yox" demərəm"

Rəşad Sadıqov: "Yığmadan gələn təkliflərə "yox" demərəm"
23.10.2021 21:30
"Yaxşı oyunun şahidi olduq. Meydan mübarizə var idi. Erkən qolla hesabı açdıq. Rəqibin böyük qüvvəi ilə irəli atılıb üzərimizdə təzyiq yaratması normal idi. Ani diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə isə oyunu bərabərləşdirə bildik. Komandama təşəkkür edirəm. Səfərdə çempiona qarşı bu cür mübarizəyə alqış düşür".

Bunu "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın VIII tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, futbol hesaba görə oynanılır: "Rəqib də qol vurandan sonra tam fərqli oynayır. Hesab 1:1 olarkən böyük qüvvə ilə irəli atıla bilməzdik. Bu, böyük ağılsızlıq olardı. Müdafiədə bəzi futbolçularımız yoruldu. Ona görə də ehtiyatlı oynadıq. Yaxşı hücumlarımız olsa da, sonluğunu gətirə bilmədik".

O, Coşqun Diniyevin əvəzlənməsinin səbəbini açıqlayıb: "O, aparıcı futbolçulardan biridir, oyunu onun üzərində qururam. Onda da yorğunluq hiss etdim. Məcburiyyətdən dəyişdim. Rəqibin yarımmüdafiə xəttində sürətli futbolçular var. Bu səbəbdən dəyişikliyə əl atdım. Təmkin Xəlilzadə də yorulmuşdu. Qol epizodunda gecikdi. Ona oyun ərzində çox güc düşdü. Kritik həmlələri də oldu. Əlimizdən gələni etsək də, xal qazana bilmədik".
Mütəxəssis komandasından razı qaldığını vurğulayıb: "Mənim üçün nəticə hər şey demək deyil. Komandanın mübarizə aparması daha önəmlidir. Bu gün qələbə qazanıb, oyunu sönük keçirsəydik, razı qalmazdım. Bu tempdə davam etsək, komanda daha da inkişaf edəcək".
Sadıqov yığmanın baş məşqçisi vəzifəsinə namizəd göstərilməsinə də münasibət bildirib: "Kimsə adımı səsləndirib məni yığmanın sükanı arxasına layiq görürsə, sağ olsun. Hansısa klubdan təklif alsam, götür-qoy edərəm. Amma yığmadan nə vaxt təklif gəlsə, düşünmədən qəbul edərəm. 18 yaşımdan millidə oynamışam. Çünki mənim doğma komandamdır. Heç vaxt yığmadan gələn təklifə "yox" demərəm".

Baş məşqçi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin limit məsələsi və klublarda çalışan baş məşqçilərin millini düşünməməsi barədə fikirlərinə də toxunub: "Mən də çox söz deyə bilərəm. Amma nə danışırıqsa, onu əsaslandırmaq lazımdır. Qətiyyən o fikirlərlə razı deyiləm. Bu, tamam başqa mövzudur. Boş-boş şeylərin dalına düşməkdənsə, futbolumuzun xeyrinə olan qərarlar qəbul etməliyik. 2 U-21 limiti kimə lazımdır?".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol