• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərlə bu pəhləvanlarımız güləşəcək - SİYAHI

Ermənilərlə bu pəhləvanlarımız güləşəcək - SİYAHI
14.05.2014 09:27
15-16 may 2014-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək. Bir neçə gün öncə keçirilən püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxıstan komandaları qüvvələrini sınayacaq. Dünya Kubokunda iştirak edəcək komandamız artıq Tehrandadır. Baş məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Mehrizad Esfandiyarifar və Akif Əliyevin rəhbərliyi altında 13 güləşçimiz heyətdə yer alıb. Yarışlarda ölkəmizi Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 59 kq), Azad Əliyev, Həsən Əliyev (hər ikisi 66 kq), Rüstəm Əliyev, Rəsul Çunayev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 85 kq), Araz Həsənov (98 kq), Sabah Şəriəti və Valera Rodriqes (hər ikisi 130 kq) təmsil edəcək. Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol