• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir canlı əfsanə futbola əlvida dedi

Daha bir canlı əfsanə futbola əlvida dedi
11.05.2014 16:01

"İnter"in yaşayan əfsanəsi Xavier Zanetti mövsümün sonunda butsılarını "mıxdan asmaq" qərarına gəlib. 19 ildi ki, "Neradzurri" formasını geyən "qoca çinar"ın klubda mühüm bir posta gətiriləcəyi istisna edilmir. Futbolçunun özü də klubda qalmaqda maraqlıdı. 

"40 yaşa qədər oynamışam - özümlə qürur duyuram. Ancaq indi vaxtdı - getmək lazımdı. Ötən ilki uzunmüddətli zədədən sonra özümə söz vermişdim ki, qayıdacam, əsas komandaya düşəcəm - daha sonra da qurtaracam. Çox şadam ki, belə də oldu" - futbolçu italyan mediasına verdiyi açıqlamada deyib. 

"İnter" mənə doğma klubdu - futbola da məhz burda "Əlvida!" demək istəyirdim - bunu bacardığım üçun sevincliyəm. Bundan sonra da, şərait yaradılarsa əgər, komandaya başqa cür kömək eləyəcəm" - argentinalı əlavə eləyib.

Zanetti Milan təmsilçisinə 1995-ci ildə keçib. Bundan əvvəlsə ölkəsində "Talyeres" (1992-93) və "Banfild"in (1993-95) uğurları üçün tər töküb. Keryerası boyunca 1000-dən artıq oyunda forma geyən "Traktor" ləqəbli futbolçu 855 oyunla "İnter"in, 145 oyunlaysa Argentina yığmasının rekordçusudu. 

22 illik peşəkar karyerası ərzində "Əbədi Kapitan"ın klubla qazandığı titullar bunlardı: ÇL kuboku, UEFA kuboku, Klublararası DÇ-nin qalibi, A Seriyası çempionluğu (5 dəfə), İtaliya Kuboku (4), İtaliya Superkuboku (3) .  Argentina yığmasıylasa "Kopa Amerika", FIFA Konfederasiyalar Kuboku (hərəsində 2 dəfə olmaqla) və Atlanta Olimpiya Oyunlarında (1996 - U 23-lə)  gümüş, Panamerikan oyunlarındaysa qızıl medal qazanıb. 

Qaynar.info

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol