• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarovdan federasiya prezidenti kimi ilk - Açıqlama

Mikayıl Cabbarovdan federasiya prezidenti kimi ilk - Açıqlama
08.12.2021 18:09
Azərbaycan Güləş Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov açıqlama verib.

Anews.az xəbər verir ki, o, təyinatı barədə və gələcək işlərdən danışıb. 

"İlk növbədə federasiyanın üzvlərinə və bu sahədə fəaliyyət göstərən həmkarlara təşəkkür edirəm ki, mənə etimad göstərdilər. Güləş bizim milli idman növümüzdür, canımızda bu növə maraq var. Bu idman növündə uğurlarımız var.

Çempionlarımız bayrağımızı qaldırırlar. Bu uğurlarla fəxr edirik. Hər bir idman növündə qazanılan uğurlar daha da çox ola bilər.
Hesab edirəm ki, mənə göstərilən etimadın doğrulması üçün İcraiyyə Komitəsinin üzvləri, məşqçi heyəti ilə birgə fəaliyyətimizi davam etdirəcəyik.

İlk istiqamət olaraq, idman növünün kütləviləşdirilməsi üçün çalışacağıq. Digər tərəfdən, idman nailiyyətləri yüksəldilməlidir. Bunun üçün ölkəmizdə hər cür şərait var. Üzərimə düşən məsuliyyəti dərk edərək işlər görəcəyik. Azərbaycan güləşinin uğuru üçün əlimizdən gələni edəcəyik”, - M.Cabbarov vurğulayıb.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol