• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA "Bakı", "Rəvan" və "Simurq" klublarına lisenziya vermədi

AFFA "Bakı", "Rəvan" və "Simurq" klublarına lisenziya vermədi
08.05.2014 17:30

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun (AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK, "Rəvan" FK, "Simurq" PİK) sənədlərinə baxılıb.

AFFA-nın Lisenziyalaşdırma Komissiyası "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalar"ın 9-cu maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

- UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: AZAL PFK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Xəzər Lənkəran" FK, "Neftci" PFK.

- UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: "Bakı" FK, "Rəvan" FK, "Simurq" PİK.

Həmçinin iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun ("Ağsu" FK, "Araz-Naxçıvan" PFK, "Kəpəz" PFK, "Qaradağ Lökbatan" FK, "Neftçala" FK, "Sumqayıt" FK, "Şuşa" FK, "Turan-T" İK) sənədlərinə ilkin baxış keçirilib və qərara alınıb:

- Lisenziya iddiaçısı olan klublara 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun.

- Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidir ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun.

- 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara ("Ağsu" FK, "Araz-Naxçıvan" PFK, "Bakı" FK", Kəpəz" PFK, "Qaradağ Lökbatan" FK, "Neftçala" FK, "Rəvan" FK, "Sumqayıt" FK, "Simurq" PİK, "Şuşa" FK, "Turan-T" İK) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol