Qurban Qurbanovun göz yaşları

"Qarabağ" dünən Azərbaycan Premyer Liqasında "İnter"ə 4:1 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib.
Qol.Az-ın məlumatına görə, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov göz yaşlarını saxlaya bilməyib. Gənc mütəxəssis və köməkçisi Elçin Rəhimov bu uğurdan sonra ağlayıb.
Qeyd edək ki, Q.Qurbanov məşqçi kimi ilk dəfə çempion olur. Bundan əvvəl o, futbolçu olduğu dönəmdə dörd dəfə çempionluq yaşamışdı.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























