"Sabah" braziliyalı hücumçunu transfer edib

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi braziliyalı hücumçu Lukas Ranhellə cari mövsümün sonunadək müqavilə imzalayıb.
28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin "Qremio Barueri” (2015), "Foz do İquaçu” (2015), "İtumbiara” (2016), Albaniyanın "Kukesi” (2016/17), Avstriyanın "Kapfenberger” (2017/18), Finlandiyanın "KuPS” (2018-2020), Türkiyənin "Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Onun son klubu Ukrayna "Vorskla”sı (2021/22) olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























