"Qalatasaray"dan Mirça Luçesku açıqlaması

"Qalatasaray"ın mətbuat xidmətinin rəhbəri Şükrü Ərgün "Cim Bom"u Mirça Luçeskunun çalışdıracağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, hər il məşqçi dəyişikliyi etmək fikirlərinin olmadığını deyib:
"Bu cür xəbərlər həqiqəti əks etdirmir. Mançini yeni mövsümdə də komandanın başında olacaq".
Qeyd edək ki, bir çox mətbuat orqanları yeni mövsümdən "Qalatasaray"ı Luçeskunun çalışdıracağını, Mançinin isə "Tottenhem"ə gedəcəyini yazıb.
ANN.Az
























