Ronaldo, Beyl və Benzema "Bavariya" ilə matçda oynayacaqmı?

"Real" Çempionlar Liqasının yarımfinalında sabah baş tutacaq "Bavariya" ilə cavab qarşılaşmasına ciddi itkilərsiz çıxacaq.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən matçda Kriştiano Ronaldo, Qaret Beyl və Benzema meydanda olacaq.
Bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti jurnalistlərə açıqlamasında deyib:
"Hər üç futbolçu "Bavariya" ilə görüşdə oynayacaq. Münhen təmsilçisinin qapısına tez qol vurmağımız bizim üçün yaxşı olacaq. Ronaldo, Beyl və Benzema bu oyuna hazırdır"
ANN.Az
























