Mourinyodan bir ilk

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo karyerasında bir ilkə imza atıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssisin komandası dünən Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Atletiko" ilə bərabərə (0:0) qalıb. Bu, Mourinyonun karyerası ərzində Madrid təmsilçisi ilə 10-cu görüşü olub. Bundan əvvəl Mourinyo matçların 8-də qələbə qazanıb, 1-də isə məğlub olub. Təcrübəli çalışdırıcı ilk dəfə "Atletiko" ilə heç-heçə edib.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























