"Zirə" hazırlıq planını açıqlayıb

2022-ci il iyunun 13-dən təlim-məşq toplanışına start verən "Zirə"nin hazırlıq planı bəlli olub.
Paytaxt təmsilçisi iyunun 23-dək məşqlərini Bakıda keçəcək. 1 gün sonra Türkiyəyə yola düşəcək "qartallar" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. "Qartallar" bu müddətdə iki yoxlama oyunu keçirəcək.
"Zirə" iyulun 7-də Bakıya dönəcək. İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına son hazırlıq mərhələsi ölkədə olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























