• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı qadın güləşçi dünya çempionu oldu -FOTO

Azərbaycanlı qadın güləşçi dünya çempionu oldu -FOTO
29.07.2022 12:08
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Romada keçirilən U-17 Dünya çempionatında qızıl medal qazanıb. 

Masallı rayonu Mişkəmi Kəndindən anadan olan Ruzanna Məmmədova finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn, 49 kq-da çıxış edən idmançı  Məmmədova dünya çempionu olub.
 

 
Ruzanna Səxavət qızı Məmmədova 22 iyun 2006-cı ildə Masallı rayonunun Mişkəmi kəndində anadan olub. Baskının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 nömrəli tam orta məktəbində təhsil alıb. Ruzanna 2012-ci ilin mayından Bakı şəhəri Hövsan Olimpiya İdman kompleksində idmanın sərbəst güləş növü üzrə məşqlər etməyə başlayıb. Məktəblinin birinci qələbəsi 2013-ci ildə Şağan Olimpiya İdman kompleksində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında keçirilən yarışda 23 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüb.

R.Məmmədova respublika yeniyetmələri arasında keçirilən yarışlarda 15 dəfə birinci, 3 dəfə ikinci, 2 dəfə üçüncü yeri tutub. Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət milli yığma komandasının üzvüdür. 

Ruzanna Məmmədova 9 dekabr 2019-cu il tarixində Sərhədçi Olimpiya İdman Kompleksində Greppling idman növü üzrə keçirilən Dünya çempionatında 12-13 yaşlılar arasında, 42 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülüb.

24 dekabr 2019-cu il tarixində yeniyetmələr arasında Şağan Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan çempionatında Ruzanna Məmmədova 43 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu adını qazanıb.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov sayt izləyicilərinə məlum olsun deyə bildirir ki, Ruzana Məmmədova ötən il, 2020-ci ildəı keçirilən yeniyetmələr arasında Avropa və Dünya çempionatlarında 42 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edib.

2021-ci il gənc idmançı üçün daha əlmətdar hadisə kimi yadda qalacaq.  Belə ki, sərbəst güləş idman növü üzrə Azərbaycan çempionu, Dünya Çempionatının gümüş mükafatçısı Ruzanna Məmmədovaya Azəbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfində sərbəst güləş idman növü üzrə «İdman ustası» dərəcəsi verilib.
 
Fərid Məmmədli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol