• $
  • €
  • ₽
  • ₺
  • £

Daha üç boksçumuz dünya birinciliyinin növbəti mərhələsində

Daha üç boksçumuz dünya birinciliyinin növbəti mərhələsində
18.04.2014 12:00
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyinin növbəti günü Azərbaycan idmançıları üçün uğurlu olub.
Trend Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə yarışda ikinci qələbəsini qazanıb. Boksçumuz bu dəfə kanadalı Adrian Halfordu məğlub edib - 3:0. Həmyerlimiz 1/8 finalda Özbəkistan nümayəndəsi Abdulkay Şaraxmatovla qarşılaşacaq.
91 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev isə dünya birinciliyində ilk döyüşünü keçirib. Milli komandamızın üzvü norveçli Yonas Soenstebini çətinliklə üstələyib - 2:1. Mehdiyev 1/8 finalda Türkiyə idmançısı Məhəmməd Aydınla üz-üzə gələcək.
Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirov da Sofiyada ilk qələbəsini qazanıb. Boksçumuz litvalı Dovidas Sernası mübarizədən kənarlaşdırıb - 3:0. Tahirov 1/8 finalda Türkiyə boksçusu Eren Uzunla görüşəcək.
Bu gün dünya birinciliyində daha iki boksçumuz rinqə çıxacaq. Günorta proqramında Şamil Əliyev (75 kq) erməni Gevorq Petrosyanla qarşılaşacaq. Axşam isə gənclər arasında Avropa çempionu Cavid Quliyev (64 kq) Qazaxıstan təmsilçisi Ayan Kalibekovla döyüşəcək.
ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol