• $
  • €
  • ₽
  • ₺
  • £

Kadi Borgesin qayıdışı öz sözünü deyəcək - Azər İsmayıl

Kadi Borgesin qayıdışı öz sözünü deyəcək - Azər İsmayıl
09.08.2022 18:54
Bu gün Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. "Köhlən atlar” Macarıstanın paytaxtı Budapeştdə Ferencvaros klubunun qonağı olacaq. Bunu Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin Prezidenti Azər İsmayıl anews.az-a açıqlamasında bildirib. 
 
"Düşünürəm ki, Zürix qarşılaşmasının təkrarı olacaq. Sona qədər dözə bilən, tab gətirə bilən, xarakter göstərə bilən və təcrübəsi olan komanda qalib gələcək.Başqa bir pozitiv məsələ ondan ibarətdir ki, Qurban Qurbanov özü də həm hava limanında oyun qabağı açıqlamasında,həm digər açıqlamalarında bir növ etiraf edir ki, biz ilk oyunda rəqibi tanıdıq. Cavab oyununa da ona uyğun hazırlaşıblar, ona uyğun analizlər aparıblar. Rəqibin boşluqlarını, zəyif tərəflərini çox yaxşı bilirlər", - Azər İsmayıl bildirib. 

Bununla bərabər şərhçi söyləyib ki,  Maksim Medvedevin yoxluğu komanda üçün ciddi problem olsa da, Kadi Borgesin qayıdışı öz sözünü deyəcək. 

"Yaxşı bir üstünlüyümüz var. Kadi Borgesin qayıtmağı öz sözün deyəcək.Bu həlledici məsələlərdən biridir”,  - o vurğulayıb. 

Komanda heyət seçimi ilə bağlı Azər İsmayıl bildirib ki, Zubir, Kadi və Ramil üçlüyü çox idealdır. 

"Zubir soldan, Kadi mərkəzdən, Ramil də sağdan istədiyini edəcək.Bu üçlü hər üç nöqtədə boşluqar tapa bilir, rəqibi təzyiqdə saxlaya bilir, rəqibi səhv buraxmağa məcbur edə bilir”. 

Qarabaq üçün qorxulu məqamlara toxununan Azər İsmayıl rəqibin əlinə düşən fürsəti yaxşı dəyərləndirə biləcəyini də bildirib. 

"Müdafiəmiz o qədər də ideal deyil. Rəqib əlinə düşən fürsətdən çox yaxşı yararlanır. Maksimin yoxluğunun nə qədər ciddi problem olduğunu Bakı qarşılaşmasında gördük.Rəqib hava toplarında yaxşıdır. Bir az şansımız olsa matcı götürə bilərik”. 

Qarabağın iki əsəs mərkəz müdafiəçisi-Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçı buraxmaq məcburiyyətində qalacaqlar. 

Ferencvaros klubunda isə Henri Vinqo cavab oyununa çıxmayacaq.Bu barədə Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.Rusiyalı mütəxəssis bildirib ki, kollektiv məşqlərə yenicə başlayan 27 yaşlı Braziliyalı müdafiəçi hələlik meydana çıxmağa hazır deyil.  

"Ümid edirəm ki, növbəti çempionat oyunu üçün hazır olacaq.Rayan Mmae də səfər matçından əvvəl siyahıda idi.Amma pandemiya ilə bağlı Azərbaycana giriş qaydalarına görə bizimlə ilk oyuna gələ bilmədi. 

Sabah ehtiyat oyunçular skamyasında olacaq və inanıram ki, bizə kömək edə biləcək. 

Mats Knuster komanda ilə ilk dəfə bazar günü məşq edib. Onun da vəziyyəti Mmae ilə oxşardır”. 

Qarabağ Fk-nun baş məşqçisi Qurban Qurbanov isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında bildirib ki, hər iki komandanın istəyi çoxdur.  

"Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq”. 
 
Qarşılaşmanı ispaniyalı FİFA referisi Karlos del Serro idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 22:00 da "Groupma Arena”da baş tutacaq.  
 
Sadiq Cavadov


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol