• $
  • €
  • ₽
  • ₺
  • £

Millətlər kubokunda Azərbaycanın 4 boksçusu qələbə qazanıb

Millətlər kubokunda Azərbaycanın 4 boksçusu qələbə qazanıb
12.08.2022 19:00
Azərbaycan boksçuları Serbiyanın Vrbas şəhərində yeniyetmələr arasında keçirilən Millətlər Kubokunda mübarizəyə başlayıb.

Federasiyadan verilən məlumata görə, 6-cı dəfə təşkil olunan yarışda ilk gün komandanın 6 üzvü rinqə çıxıb.

46 kq çəki dərəcəsində qüvvəsini sınayan Bilal Nəzərov 1/4 finalda serbiyalı Nikola Maksimoviçlə qarşılaşıb. O, rəqibinə 5:0 (30:26, 29:26, 30:27, 30:27, 30:25) hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Artıq özü üçün bürünc medalı təmin edən Nəzərov ikinci qarşılaşmada çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gələcək.
 
54 kq-da Məhəmmədəli Aşırəliyevin də debütü uğurlu alınıb. Boksçu 1/8 finalda italiyalı Simon Qloriosodan güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Aşırəliyev növbəti döyüşündə rumıniyalı Dani Qriqorini sınağa çəkəcək.
 
57 kq-da yer alan Məhəmmədəli Qasımzadə də 1/8 finalda italiyalı boksçu ilə gücünü yoxlayıb. O, Tisiano Alkiatini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:26) hesabı ilə məğlub edib. Qasımzadə 1/4 finalda macarıstanlı Frank Daniellə münasibətinə aydınlıq gətirəcək.
 
63 kq-da çıxış edən Məhəmməd Quliyev startda bolqarıstanlı Asen Asenovla görüşüb. 1/8 finala təsadüf edən gərgin döyüş Azərbaycan təmsilçisinin 3:2 (30:27, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qazaxıstan idmançısı Oner Seyilxanla qüvvəsini sınayacaq.
 
Digər boksçulardan - 66 kq-da Ziya Həsənov italiyalı Françesko Savaresə, 70 kq-da Ayxan Əliyev isə rumıniyalı Radu Simyona uduzub.
 
Yığma yarışa 9 boksçu ilə yollanıb. Millətlər kubokunda qaliblərin adları avqustun 14-də bəlli olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol